T.ü.f.d. Anar Əhədov​​​​​​​

Əhədov Anar Fazil oğlu, 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1995-ci ildə Bakı şəhəri 260 №-li məktəbi fərqlənmə ilə bitirib həmən ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinə daxil olmuşdur.

2001 -ci ildə Universiteti fərglənmə diplomu ilə bitirmişdir.

2001-2002 ci illərdə Bakı Şəhər Onkoloji Dispanserində internatura kursu keçmiş, 2002 -2004 cü illərdə AR SQ hərbi xidmətdə olmuşdur.

2004 cü ildə Azərbaycan Tibb Universitetinin urologiya kafedrasına aspiranturaya daxil olmuş və “Sidik kisəsinin invaziv xərçəngində radikal sistektomiyanın nəticələrinin yaxşılaşdırılması yolları” adlı tibb elmləri namizədlik dissertasiyası üzərində çalışmış, 2008-cü ildə elmi işin müvəffəqiyyətlə müdafiəsini etmişdir.

Həmən aydan urologiya kafedrasına assistent vəzifəsinə təyin olunmuş, hazırda həmən vəzifədə çalışır.

Azərbaycan və Avropa Urologlar Assosiasiyaların həqiqi üzvidir.

Avropa Urologlar Assosiasiyasından Türkityə və Almaniyanın universitet xəstəxanalarında təhsil almaq üçün dəfələrlə qrant qazanmışdır.

Olduğu ixtisasartırma kursları:

  1. European Association of Urology, European Scholarship Programme – clinical fellowship course – “Onkourology” (Department of Urology, ÇAPA, Istanbul Faculty of Medicine, Turkey 2009): mentor Prof. T.Esen
  2. European School of Urology & Weill Cornell University organized Medical Seminar in “UROLOGY” 2013, Salzburg, Austria
  3. 11-th Urooncology Course, 6-10 November 2013, Antalya, Turkey
  4. Bağcılar EAH “Endourologiya” kursu 2015, İstanbul, Türkiyə