Hipospadiya (hipospadias və ya peyğəmbər sünnəti)

Hipospadiya və ya peyğəmbər sünnəti nədir?

Hipospadiya və ya peyğəmbər sünnəti – anadangəlmə inkişaf qüsurdur ki, bu zaman sidik kanalının normal uzunluqda inkişaf edə bilmir və penisin ucuna qədər gəlib çata bilmir. Beləliklə, dəlik daha aşağı səviyyədə penisin hər hansı bir nahiyyəsində və ya hətda bəzi hallarda xayalğa və yaxud da aralığa açılır. Buna xalq arasında səhvən anadangəlmə sünnətli ya da yarım sünnətli də deyilir.

Hipospadyanın hansı növləri vardır?

  1. Subkoronal hipospadiya – sidik kanalı cinsiyyət üzvünün bası nahiyyəsində açılır ancaq cinsiyyət üzvünün ucuba qədər inkişaf edə bilmir.
  2. Penil hipospadiya – sidik kanalı cinsiyyət üzvünün başı nahiyyəsinə çatmır və penis boyunca hər hansı nahiyyədə penisin aşağısına açılır.
  3. Penoskrotal və ya perineal hipospadiya – daha nadir halılarda görülür, daha ağır formadır ki bu zaman sidik kanalı xayalıq dərisində aşılır və ya aralıq nahiyyəsində açılır.  
Hipospadia
Peyğember sünneti

Hipospadya penis əyriliyi ilə birgə görülə bilərmi?

Bəzi hallarda hipospadiya penis başının aşağı doğru əyriliyi (penil kordi) ilə birlikdə görülə bilir ki əməliyyat vaxdı bu əyrilik də düzəldilməlidir. 

Hipospadiya, epispadiya

Hipospadya hansı tezlikdə görülməkdədir?

Hipospadiya təxminən doğulan 250-300 oğlandan birində görülən və getdikcə də görülmə tezliyi artan bir anomaliyadır.  Xüsusilə qərb ölkələrində daha çox rastlanmaqdadır ki, bu da ətraf mühitin çirklənməsi, pestisidlər kimi toksik maddələrə məruz qalmanın artması ilə əlaqələndirilməkdədir.

Hipospadiyanın Səbəbləri Nələrdir?

Əsasən ana faktoru rol oynayır və bu risk faktorlarına aşağıdakılar aid olur: 

  •  Anada artıq çəkinin olması (piylənmə)
  • 35 yaşdan yuxarı olan hamiləlik
  • Hamiləlik yüksək dozada zamanı istifadə edilən hormonal müalicələr
  • Pestisidlərə məruz qalma və siqaret çəkmə
  • Hipospadiyanın diaqnozu necə qoyulur?

Uşaq doğulduğu zaman diqqətli müayinə ilə diaqnoz asanlıqla qoyula bilər. Sidik dəliyinin aşağı səviyyələrdə yer alması və sunnət dərisinin ön tərəfdə qüsurlu olması diaqnoz qoymağa kifayətdir. Bundan əlavə xəstələrinin 10% də kriptorxizm (enməmiş xaya) və 15%də inguinal herni (qasıq yırtığı) ola bilər. Diaqnoz qoyulduqdan sonra uşaq müalicə üçün uşaq uroloquna göndərilməlidir.

Hipospadiyadanın müalicəsi necədir?

Hipospadiyadanın müalicəsi cərrahiyə üsulladır və sidik kanalının normal kanal uzunluğuna uyğun olaraq penis başına qədər uzadılması hədəflənir. Bu zaman penisdə əyrilik varsa o da düzəldilir.

Cərrahiyə əməliyyat uşaq 6-18 aylıq ikən ümumi anesteziya altında aparılması məsləhət görülür ki, bu vaxt yara sağalması və yara qulluğu nisbətən böyük taş uşaqlardan daha asan olmaqdadır.  

Hipospadiyadanın müalicəsinin məqsədi nədir?

Hipospadiyadanın cərrahi korreksiyası sidik kanalının normal kanal uzunluğuna uyğun olaraq penis başına qədər uzadılması hədəflənir. Bu zaman penisdə əyrilik varsa o da düzəldilir. Bu uşaqlar hipospadias əməliyyatına girmədən öncə sünnət olunmamalıdırlar çünki sünnət dərisi hipospadias əməliyyatında kanalın formalaşdırılması üçün istidfadə oluna bilər. 

Əməliyyat zamanı əsas məqsəd 

  1. Penisi düzləşdirilməsi.
  2. Sidik kanalıının uzunluğunu normal uzunluğa çatdırılması
  3. Kanalın ucunun penis ucuna birləşdirilməsi
  4. Sünnət dərisi artığının korreksiyası 

Hipospadiyalar sidik kanalındakı defektin uzun olduğu ağır hallarda iki mərhələli şəkildə əməliyyat olunmalı olurlar.

Böyüklərdə də bu əməliyyat icra oluna bilərmi?

Hər yaş qrupunda bu əməliyyat icra oluna bilər, əks təqdirdə sidiyə getmə aktında çətinliklər, diskomfort, gigiyena problemləri və hətda sonsuzluq kimi problemlər yaşana bilər.

Hipospadiyalı uşaqlarda adətən 3 problem görülür:

  1. Sidik dəliyinin cinsiyyət orqanının aşağısında və ya xayalıqda ya da aralıqda açılması.
  2. Sunnət dərisinin anadangəlmə olaraq penisin ön və aşağı tərəfində qüsurlu və qəsa olması (yarım sünnətli)
  3. Cinsiyyət üzvündə aşağıya doğru əyriliyin olması (penil kordi) 

Hipospadiya əməliyyatında bu 3 problem mütləq nəzərə alınmalıdı

Hipospadiyanın təsnifatı

Uretranın xarici dəliyinin yerləşmə səviyyəsindən, sünnətdə əyriliyin olub olmamasından asılı olaraq hipospadiyanın müxtəlif formaları təsadüf olunur.

  1. Distal Hipospadiya: Cinsiyyət üzvü başına yaxın hissəsində yer alan sidik dəliyi varsa distal hipospadiya deyilir.
  2. Cinsiyyət üzvünün başının tac şırımın hipospadiyası-Tac şırımı səviyyəsində hipospadiya adlanır
  3. Midpenil Hipospadiya: Cinsiyyət üzvünün cisminin hipospadiyası – uretranın xarici dəliyi penisin gövdəsində yerləşir.

Daha aşağı hissədə yer alan proksimal hipospadiya adlanır:

  • Xayalıq formalı hipospadiya
  • Aralıq formalı hipospadiya

Xayalıq və aralıq formalı hipospadiyalarda sidik dəliyi aralanmış xaya yarıqları arasında yerləşir və bu uşaqların sidiyə xaric olması qızlarda olduğu kimi olur. Bu uşaqlar ayaqda sidiyə gedə bilmir.

Cinsiyyət üzvünün əyriliyi

Cinsiyyət üzvünün sərtləşmə halında əyriliyə – Kordi (Penis əyriliyi, Chordee) deyilir. Hipospadiya anomaliyası nə qədər ağırdırsa, yəni sidik dəliyi penis ucundan nə qədər uzaqdırsa, əyrilik daha çox olur. Bəzi hallarda sidik dəliyi cinsiyyət üzvünün baş hissəsinə açılmasına baxmayaraq, cinsiyyət üzvü aşağıya əyilmiş olur. Buna Hipospadiyasız Hipospadiya da deyilir. Hipospadiya cərrahiyyəsində müalicənin ən əsas hissələrindən biri də bu əyriliyin düzəldilməsidir.

Epispadiya

Epispadiya – sidik kanalının ön divarının müəyyən məsafədə olmaması və sidik dəliyinin cinsi orqanın dorsal səthində olması müşahidə edilir.  Epispadiya nadir görülər (oğlanlarda 1 / 120.000, qızlarda 1 / 450.000 nisbətində) və hər zaman kosmetik görünüş xaricində bir çox hallarda sidik qaçırması ilə özünü göstərər. 

Sidik dəliyinin yuxarıda yerləşməsi və sidik qaçırma problemindən başqa oğlan uşaqlarında penisin yuxarıya doğru çəngəl şəklində əyilmiş və normaldan daha qısa və qalın olması da olduqca sıx rast gəlinən bir haldır.

Epispadiyanın 3 forması mövcuddur:

  1. Baş formal epispadiya
  2. Cinsi orqan epispadiyası
  3. Total epispadiya

Epispadiyada cərrahiyə əməliyyatının əsas aparılma səbəbləri:

  • Oğlan uşaqlarında sidik kanalının və sidik dəliyinin penisin ucuna qədər uzadılması. 
  • Qız uşaqlarda isə sidik dəliyinin klitorisin arxasına və vaginanın daxili dodaqlarının  arasına köçürülməsi;
  • Sidik tutma mexanizminin düzəldilməsi;
  • Böyrəklərin qorunması.

Cərrahiyə əməliyyatı 6-18 aylıq körpələrdə sidik tutmada problemi olmadığı və ya yüngül formada olduğu halda icra edilə bilər. Tam epispadiyası olan uşaqlarda isə 3-4 yaşına qədər gözlənilir.

Hazırladı: ATU-nun urologiya kafedrasının rezidenti Kənan Hacılı