Dr. Cahangirov Asif Daşdəmir oğlu – 1976-cı ildə Bakı şəhərində anadan olub.
1993-cü ildə Bakı şəhəri N. Nərimanov r-nu 43 N-li litseyi bitirib və həmin ildə N.Nərimanov Azərbaycan Tibb Universitetinə qəbul olub.
2000-ci ildə Tibb Universitetindən məzun olub.
2002-ci ildə Türkiyə Cumhuriyyəti İzmir şəhəri 9 Eylül Universitetinin Tibb Fakültəsi Urologiya kafedrasında urologiya ixtisası üzrə təhsilini dəvam etdirib.
2009-cu ildə `Prematur Eyakulyasiyada sıçanlar üzərində eksperimental model` mövzusu üzərə dissertasiyasını müdafiə edərək “Urologiya uzmanı” adını alıb.
2009 sentyabr ayından etibarən Bakıda Mərkəzi Neftçilər Xəstəxanasında Urologiya şöbəsinə müdiri vəzifəsində fəaliyyətə başlayır.
2019 cu il dekabr ayından etibarən Mərkəzi Neftçilər xəstəxanasından ayrılaraq National Prime Hospitalda həkim – Uroloq – Androloq olaraq işləməyə başlayır .
Əlavə olaraq 2012 ci ildə Fransanın Strasburg şəhərində Strasburg Universitetinin İRCAD təlim mərkəzində “Advanced Laparoscopic Urology ” kursunda iştirak edib və həmin universitetin diplomunu qazanıb.
2014-cü il mart ayında Fransanın Paris şəhərində Tenon Hospitalda Prof. Dr. O. Traxer yanında Böyrək daşlarına Retrograd Cərrahiyyə üzrə kurs keçib.
Türkiyə Cumhuriiyəti Ankara şəhərində Prof. Dr. Murat Dayancın yanında Uşaqlarda Sidik Qaçırma və Pelvik Reabilitasiya kursunu keçib və bununla əlagədar olara Sidik Saxlama Mərkəzinin fəaliyyətini başladıb.
Amerika və Avropa Uroloqlar Asosiyasiyası, Türkiyə Urolojik Cərrahiyyə Dərnəyinin üzvüdür.
Hər il mütəmadiən ABŞ, Avropa və Türkiyədə uroloji konfranslarında iştirak edir və bəzilərində də praktiki işlərini məruzə edib.
2016-cı ildə Azərbəaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qüsursuz və səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.
Xarici dillərdən Rus (C2), İngilis (B1) dillərdə sərbəst yazıb danışa bilir.
Ailəlidir, 4 uşaq atasıdır.