Daşdəmirli Elbəyi Səlim oğlu, 1976-cı ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Toxluca kəndində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhərində kimya-biologiya litseyini fərqlənmə ilə bitirmişdir.
Həmin ildə Azərbaycan Tibb Universiteninin Müalicə-profilaktika fakültəsinə qəbul olunmuş, 1999-cü ildə Universiteti “Fəqrlənmə” diplomu ilə bitirmişdir.
1999-2001 -ci illərdə ATU-nun Ümumi cərrahiyyə kafedrasında klinik ordinatur olmuşdur. Türkiyə cumhuriyyətində diploma dənkliyi və Tibbdə Uzmanlıq imtahanlarını uğurla keçərək 2002-2007-ci illərdə Ankara Universiteti Tibb Fakultəsinin urologiya kafedrasında təhsil almışdır.
2007-2009-cu illərdə Bakı şəhəri mərkəzi klinik xəstəxanada uroloq kimi fəaliyyət göstərmişdir. 2009-2010-cu illərdə N saylı hərbi hissədə tibb məntəqəsinin rəisi kimi baş leytenant rütbəsində xidmət etmişdir.
2010-2018-ci illərdə Mərkəzi Klinik xəstəxanın urologiya şəbəsinin müdiri işləmişdir. 2018-ci ildən Liv Bona Dea hospitalda fəaliyyət göstərir.
Təkmilləşdirmə kursları
- Applying laparoscopy course, 2004, Ankara, Türkiyə
- Turkish board preparing course, 2005, Bursa, Türkiyə
- Laparoscopy training center, 2014, Leipzig, Almaniya
- Laparoscopic urologic surgery intensive course, 2014, Strasbourg, Fransa
- ESU-ESUT masterclass on operative managment of BPO, Heilbronn, Germany
- Olympus bipolar resection and enucleation course, Toluose, Fransa
- 4 K kidney resection course, Saint-Petersburg, Rusiya
Çoxsaylı yerli və beynəlxalq konqress, konfrans və simpoziumlarda iştirak və çıxış etmişdir.
Azərbaycan,Avropa və Amerika Uroloqlar cəmiyyətinin, Ümumdünya Endouroloji cəmiyyətin üzvüdür.
Ailəlidir, üç övladı var.