Erektil disfunksiya nədir?
Erektil disfunksiya (ED) və ya cinsi zəiflik cinsi orqanın seksual stimulyasiya zamanı sərtləşməməsi və ya sərtləşərsə belə cinsi əlaqəyə girə biləcək qədər sərtləşməməsidir.
ED-nin səbəbi müxtəlif ola bilər belə ki, psixoloji səbəblərdən, qan damar sistemi mənşəli, sinir-nevrogen mənşəli, travma mənşəli və ya bir neçə faktorun birlikdə görüldüyü kompleks mənşəli erektil disfunksiyalar ola bilməkdədir.
Erektil disfunksiyanın növləri və ya səbəbləri hansılardır?
ED-nin səbəbi və növləri müxtəlif ola bilər və bunlar aşağıdakı kateqoriyalara ayrılmaqdadır:
- Psixogen səbəblər: psixoemosional gərginliklıər, yorğunluqlar, stress burda əsas rol oynayır
- Hormonal səbəblər: əsasən kişi cinsi hormonlarında xüsusilə də testesteron hormonundakı şatışmazlıqlar səbəb olur.
- Sinir-nevrogen mənşəli: keşirilmiş əməliyyatlar, radiasiyaya məruz qalma, radiasyon terapiyalar və ya travmalar sonrası ereksiyanı təmin edən sinirlərin zədələnməsi, bunmdan başqa mərkəzi sinir sistemi və yaxud da onurğa beyni xəstəlikləri buraya aid edilə bilər.
- Damar mənşəli: buraya da diabet, aterosklerotik damar xəstəlikləri və ya ereksiyanı təmin edən qan damarlarının hər hansı bir patologiyaları aiddir.
- Kompleks növ ED: buraya bir neçə mənşəli və ya bir neşə patologiyanın birlikdə olduğu hallar aiddir ki bunların da müalicəsi nisbətən daha çətin olmaqdadır.
Ereksiya necə yaranır?
Audio-vizual və ya kontakt cinsi stimullaşdırma nəticəsində hormonal və sinir sistemləri aktivləşir və cinsiyyət orqanında yerləşən 2 ədəd olan kavernoz cismlərə (mağaralı cismlərə ) qan axını artır və ereksiya əldə edilir. Bu vaxt qanı sistemə qaytaran venoz damarlar bağlanır və ereksiya qorunur. Orqazm yəni sperma boşalmadan sonra cinsiyyət orqanında yığılan qan boşalır və ereksiya sonlanır.
Cinsi zəifliyin əlamətləri hansılardır?
Kişilər üçün bəzi vəziyyətlər kişilərin cinsi zəiflik problemi ola biləcəyini göstərir. Cinsi problemlərlə bağlı bir çox fərqli simptomlar baş verə bilər ki, bunlar aşağıdakı şəkildə görülə bilər.
- Cinsi istəyin olmaması yəni Libidonun itirilməsi,
- Ereksiyanın olması üçün uzunmüddətli stimulyasiyaya ehtiyac,
- Ereksiyanın qısa müddətli olması və cinsi əlaqəyə imkan verməməsi,
- Ereksiyanın cinsi əlaqə zamanı davam etdirilə bilməməsi,
- Ereksiyanın heç olmaması
Erektil disfunksiya hansı xəstəliklər zamanı və ya hansı hallarda gğrülə bilər?
- Diabet (şəkərli diabet – xüsusilə nəzarətsiz diabet)
- Hipertoniya xəstələrində (yüksək qan təzyiqi xəstəliyində)
- Piylənmə (həddindən artıq çəki artımı)
- Yüksək qan yağları (yüksək xolesterol və trigliseridlər)
- Keçirilmiş prostat vəzi xərçəngi, sidik kisəsi xərşəngi və bağırsaq xərçəngi əməliyyatları
- İstifadə olunan bəzi dərmanlar (prostat xərçəngi zamanı antiandrogenlər, antidepresanlar, bəzi hipertoniya dərmanları və s.)
- Nevroloji xəstəliklər
- Hormonal pozğunluqlar
- Ürək-damar xəstəlikləri
- Penis travmaları
- Peyronie xesteliyi və ya keşirilmiş priapizm
- Onurğa beyni travmaları və xəstəlikləri
- Radiasiya terapiyası
- Psixoloji xəstəliklər, stress, depressiyalar
- Siqaret, alkoqol və narkotik istifadəsi
- Yaşlılıq
Erektil disfunksiya diaqnozu necə qoyulur?
- Anamnez
- Qanın ümümi analizi, lipid-yağ profili analizləri, qaraciyər, böyrək funksiyaları testləri
- Hormonal analizlər, testesteronlar, tiroid funksiyaları
- USM müayinəsi xüsusilə penil doppler ultrasəs müayinəsi və papaverin testi.
Erektil disfunksiya necə müalicə olunur?
- Psixoterapevt tərəfindən psixoterapiya və ya uroloq androloq tərəfindən
- Psixoterapiya, farmakoloji və hormonal preparatlarla
- Ağır hallarda və ya yuxarıda sadalanan müalicələr köməklik göstərmədikdə cərrahi müalicələrlə və hətda penis protezlərinin yerləşdirilməsi ilə
Kişilərdə Cinsi Gücü Artıran Qidalar hansılardır?
- Badam
- Qarpız
- Çiyələk
- Dəniz məhsulları
- Ədviyyatlar: Xardal, küncüt, şüyüd, vanil, acı bibər, biyan kökü, mixək, zəncəfil, darçın
- Əncir
- Kərəviz
- Kakao
- Avokado
- Sarımsaq
- Fındıq
Hazırladı: ATU-nun urologiya kafedrasının rezidenti Zahid Azayev