Pielonefrit nədir?
Pielonefrit – böyrəyin parenximasının və onun kasa-ləyən sisteminin bakterial infeksiyasıdır. Pielonefritlər daha çox uşaq yaşlarında oğlan və qızlarda eyni zamanda gənc və orta yaşlı qadınlarda görülməkdədir. Ancaq buna baxmayaraq pielonefrit hər iki cinsdə və hər yaşda görülməkdədir. Pielonefrit əsasən bakteriyaların sidik kisəsindən qalxan yolla böyrəklərə qalxması və ya sidik yollarında durğunluq olması səbəbilə ilə bakteriyaların çoxalıb yayılması səbəbilə baş verir. Bəzi hallarda isə pielonefrit qan damar sistemi və limfatik sistem vasitəsilə bakteriyaların böyrəklərə keçməsi səbəbindən yarana bilir. Sonuncu hal əsasən şəkərli diabet olan, immun sistemi zəifləmiş olan insalnarda daha çox rast gəlməkdədir. Pielonefrit vaxtında düzgün müalicə olunmazsa, sepsis və çoxsaylı orqan çatışmazlığına səbəb olaraq yüksək həyati risk meydana gətirə bilər.
Pielonefritin hansı növləri vardır?
Pielonefritin – kəskin, emfizematoz, ksanoqranulomatoz, xroniki, birincili və ikincili kimi növləri vardır. Bu növlər içərisində xroniki pielonefritdən başqa digər bütün növ pielonefritlər kəskin klinik əlamətlərlə özünü biruzə verməkdədir.
Kəskin Pielonefrit Əlamətləri nələrdir ?
Sistitlərdə də olduğu kimi sidikdə yandırma, göynətmə, tez-tez sidiyə getmə, bulanıq sidik, qanlı sidik və bundan başqa infeksiyanın böyrəyə keçməsinin əsas əlamətləri
- 37.8°C-dən yüksək hərarət, üşümə, titrəmə,
- İntoksikasiya əlamətləri, halsızliq
- Ürəkbulanma və qusma,
- İştahsızlıq
- Böyük yaşlı uşaqlarda və böyüklərdə böyrək nahiyəsində ağrı və kostovertebral bucaq həssaslığı
Pielonefrit hansı səbəblərdən əmələ gəlir?
Pielonefrit əsasən E.coli, P. Mirbilis, Enterobakter, Strafilokkoklar kimi bakteriyaların qalxan yolla böyrəklərə keçməsi nəticəsində əmələ gəlir ancaq daha əvvəl də deyildiyi kimi bakteriyalar qan və limfatik yollarla da böyrəklərə keçə bilir.
İnfeksiyanın əmələ gəlməsində aşağıda qeyd olunan səsəblər də mühüm rol oynayır:
- Anadangəlmə qusurlar (ləyən-sidik axarı seqmentində darlıq, sidik axarının darlığı, sidik kisəsinin əzələ disfunksiyası, atoniyası, vezikoureteral refluks)
- Daş xəstəlikləri xüsusilə daş sidik çıxarıcı yollarda tıxanıqlığa səbəb olursa.
- Tualet vərdişlərinin düzgün olmaması, cinsi əlaqə və ya tualetlərdə yuyunma zamanı gigiyenik qaydalara əməl olunmaması (xüsusi ilə qadınlarda).
- Böyük həcmlə prostat vəzinin olması və daimi qalıq sidiyin olması.
- Düzgün müalicə olunmayan şəkərli diabet və ya ciddi immun çatışmazlıqların olması.
Pielonefritin diaqnostikasında hansı müayinələrdən istifadə olunur?
Anamnezin toplanması, fiziki müayinə, laborator və radioloji müayinələr (ultrasəs, rentgenoloji müayinə və kompyuter tomoqrafiyası) pielonefritin diaqnostikasında ardıcıllıqla aparılmalıdır.
Əsas laborator müayinələrə – qanın və sidiyin ümumi analizi, C-reaktiv zülal, qanda kreatinin, sidiyin bakterioloji analizi kimi bir sıra analizlər daxildir.
Radioloji müayinələrə uroloji ultrasəs müayinəsi, qalıq sidik təyini, rentgenoloji müayinə, sistoqrafiya, voidinq sistouretroqrafiya və nativ və ya kontrastlı kompyuter tomoqradfiyası daxildir. Bu zaman hansı radioloji müayinənin aparılması uroloq tərəfindən aparılan anamnestik və fiziki müayinə, cins, yas faktoru və eyni zamanda laborator nəticələr də nəzərə alınaraq qərar verilir.
Pielonefritin müalicəsi necə aparılır?
Pielonefritlərin müalicəsində əsasən antibiotiklərdən istifadə olunmaqdadır ancaq, hansı antibiotik və hansı doza xəstənin yaşı, cinsi, yanaşı gedən xəstəlikləri törədici bakteriyanın növü və laborator və radioloji müayinə nəticələrinin hamısı birlikdə analiz edildikdən sonra qərar verilməlidir. Hamilə qadınlarda və ya süd verən analarda pielonefrotim müalicəsində antibiotik seçimi bir çox hallarda ginekoloq və ya pediatrla məsləhətləşərək edilməli olur.
Bundan başqa pielonefritə səbəb anatomik obstruksiyalar (daş xəstəliyi, anadangəlmıə güsrlar və s.) antibiotik terapiyası və yanası müalicələrlə birlikdə əsas səbəb aradan qaldırılmalıdır. Əks təqdirdə müalicənin yetərsiz olacaqdır.
Pielonefritin profilaktikası necə aparılır?
- Bol maye qəbulu
- Sidik kisəsinin tualetdə tam boşaldılmasına əməl etmək ( tualet tərbiyəsi )
- Sinsi əlaqə öncəsi və sonrası sidik kisəsi boşaldılması
- Tualet gigiyenasına ciddi diqqət etmək
- Anatomik qüsurlar və ya patoloji halların aradan qaldırılması (məsələn daş xəstəliyi və ya anadangəlmə sidik yollarındakı qüsurları).
Piyelonefritə və ya sistitə şübhə olduqda sidiyin ümumi analizi və əkilməsi verilməlidir. Sidiyin analizi zamanı, sidikdə leykosit (piuriya), müxtəlif dərəcədə eritrosit (hematuriya), bakteriuriya görülə bilər. Sidikdə müsbət nitrit və leykosit esterazasının birləşməsinin aşkar edilməsi sidik yollarının infeksiyası diaqnozunun yüksək ehtimalına işarə edir. Sidik analizi üçün nümunənin təzə olması çox vacibdir. Sidik analizindən düzgün və etibarlı nəticə əldə edə bilmək üçün sidik toplama üsuluna diqqət etmək lazımdır. Əgər uşaq böyükdürsə orta axım sidik götürülə bilər. Kiçik uşaqlarda isə sidik analizi üçün nümunə 3 cür alınır: torba ilə, kateter vasitəsylə və suprapubik aspirasiya (qasıqüstü nahiyə aspiratı) ilə. Qeyd etmək lazımdır ki torba ilə alınan sidik analizinin güvənirıliyi azdır. Bu səbəblə ən çox tərcih edilən və güvənilən yöntəm kateter vasitəsyilə alınan sidik analizdir. Sidik əkilməsi ilə yanaşı antibiotiklərə həssaslıq testi də aparılır. Antibiotik həssaslıq testi, bakterial infeksiyaların mülicəsi məqsədilə veriləcək antibakterial preparatların seçilməsi üçün istifadə olunur.
Pielonefritin və pielonefritə səbəb olan xəstəliklərin diaqnostikası
Pielonefritin diaqnostikasında düzgün toplanmış anamnez mühüm rol oynayır. Bu zaman əsasən xəstənin uşaq yaşlarında böyrək və sidik yollarının xəstəliklərini keçirib keçirmədiyinə, bilinən sidik yollarının anomaliyaların, sidik daşı xəstəliyi olup olmadığı araşdırılır.
Ultrasəs müayinəsi
Ultrasəs müayinəsi böyrək və sidik yollarında olan dəyişiklikləri (böyrəyin böyüməsi, parenximasının, kasa-ləyən sisteminin, sidik axarının və sidik kisənin vəziyyəti və s.) müəyyənləşdirməyə imkan verən ilkin diaqnostik üsuldur
Pielonefrit həmçinin aşağıdakı səbəblərdən yarana bilir
- Müalicə edilməmiş sistit və uretrit;
- Daşların olması və ya sidik axarların daralması ilə bağlı olan sidik axınının pozulması;
- İmmunitetin azalması;
- Diabet və fiziki gərginlik;
- Kateterin olması;
- Sidik yollarının anadangəlmə qusurların olması;
- Əməliyyatlar zamanı sidik kisəsinin zədələnməsi;
- Müxtəlif hormonal xəstəliklər və ximiyaterapiya;
- Polikistoz və s.
Pielonefrit risk qrupları
- Yaşlı kişilər (50 yaşda yuxarı – əsas səbəb prostat vəzinin böyüməsi).
- Yeddi yaşa qədər uşaqlar – Pataloji anatomik xüsusiyyətləri nəticəsində inkişaf edir.
- 18-30 yaş arasında qadınlar. Statistikaya görə, kəskin pielonefrit ən çox qadınlarda müşahidə edirir.
Hazırladı: ATU-nun urologiya kafedrasının rezidenti Şəmsəddin Məsimov