T.e.d. Fuad Quliyev

 

Quliyev Fuad Ədalət oğlu 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1983-cü ildə Bakı şəhəri 153 saylı orta məktəbinə getmiş, 1993-cü ildə həmin məktəbi “əla” qiymətlərlə bitirmişdir.

1993-cü ildə İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsinə daxil olmuş və tibb təhsilini ingilis dilində almışdır. Təhsil aldığım müddətdə Türkiyə Təhsil Nazirliyinin təqaüdçüsü olmuşdur. 2000-ci ildə təhsilimi müvəffəqiyyətlə başa çatdırmışdır.

2001-ci ildə Tıpta Uzmanlık Sınavında iştirak edib Hacettepe Universitetinin Tibb fakültəsinə daxil olmuş və urologiya ixtisası üzrə təhsilimi davam etdirmişdir. Rezidentura dövründə bir çox beynəlxalq konfranslarda və tədris kurslarında iştirak etmiş, 2004-cü ildə Almaniyanın Heydelberq Universitetinin Heilbron şəhərindəki Təhsil Klinikasında minimal invaziv urologiya üzrə 4 həftəlik kurs üçün Avropa Urologiya Assosiasiyasının təqaüdünə layiq görülmüşdür.

2006-cı ildə Avropa Urologiya Assosiasiyasının təşkil etdiyi imtahanda Türkiyədə resident-uroloqlar arasında ən yüksək bal toplamışdır.

2006-cı ildə nəzəri və praktiki bacarıqların tam kursunu bitirərək “Prostat xərçəngi və metabolik sindromun əlaqəsi” mövzusunda elmi işimi müdafiə edərək “urologiya üzrə mütəxəssis” elmi dərəcəsini almışdır.

2006-cı ildə Avropa Urologiya Assosiasiyasının təşkil etdiyi sertifikat imtahanında iştirak etmiş və imtahanı uğurla verərək “Avropa Urologiya Assosiasiyasının mütəxəssisi” dərəcəsini almışdır.

2006- 2007-ci illərdə Almaniyanın Baden-Vürtemberq Federal Dairəsinin Səhiyyə Nazirliyindən praktiki fəaliyyət üçün rəsmi icazə alaraq Heidelberg Universitetinin Heilbronn Təhsil Xəstəxanasında Urologiya kafedrasının kliniki fellowship proqramına daxil olmuş və “Lazer, Endourologiya, Laparoskopiya və Xərçəng Cərrahiyyəsi” proqramı üzrə tam təhsil kursunu bitirmişdir.

2007-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasının diaqnostika və endoskopik cərrahiyyə şöbəsində uroloq olaraq işləmişdir. 2008-ci ildə qeyd olunan tibb müəssisəsinin uronefrologiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidentiyanında Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri namizədi diplomu verilmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin onkourologiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

2010-cu ilin iyul ayında ABŞ-ın Texas Tibb Mərkəzinin M.D.Anderson Xərçəng Mərkəzində təkmilləşdirmə kursunda iştirak etmişdir.

2011-ci ildən hazırki dövrə qədər Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini vəzifəsində çalışır.

2021-ci ildə doktorluq dissertasiya işini müdafiə edərək, tibb elmləri doktoru elmi adı almışdır.

Bir çox yerli və beynəlxalq miqyaslı maarifləndirici tədbirlərdə bilavasitə iştirak edib, 100-dən çox elmi məqalə və tezislərin müəllifidir.

Avropa Urologiya Assosiasiyasının və Azərbaycan Onkoloqlar Cəmiyyətinin üzvüyəm.

2017-ci ildə Gürcüstan Onkourologiya Cəmiyyətinin fəxri üzvü seçilmişdir.

MDB və Avrasiya ölkələrinin Onkologiya və Radiologiya İnstitutunun Direktorları Assosiasiyası tərəfindən “Onkoloji xidmətin inkişafına görə” xatirə nişanı ilə təltif edilmişdir.

2020-ci il Vətən Müharibəsində əsgər və zabitlərin cəbhə hospitalında müalicəsində fəal iştirak edərək təşəkkür şəhadətnaməsi təltif edilmişdir.

Ailəlidir, üç övladı var.